Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda sərnişin avtobusunda odlu silahdan atəş açılıb.
Nəsimi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda silahlı insident baş verib. Hadisə zamanı bir nəfər güllələnib. Hələlik hadisənin təfərrüatları məlum deyil.
İdarədən bildiriblər ki, ölən şəxs Vəfadar Yunis oğlu Məmmədovdur. Cinayəti törədən Anar Aqil oğlu Xəlilov tutulub.
Bununla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olsa da, stansiyanın əməkdaşları hadisə yerinə çatdıqda məlum olub ki, yaralı artıq Klinik Tibbi Mərkəzə aparılıb.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, atəş açan şəxs artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Klinik Tibbi Mərkəzdən Trend-ə daxil olan məlumata görə, güllə yarası alan şəxs xəstəxanaya gətirilənə qədər keçinib.
Bakıda avtobusda bir nəfər güllələndi, ölən və cinayətkarın şəxsiyyətləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)
Bakıda sərnişin avtobusunda odlu silahdan atəş açılıb.
