...

Çətənə becərən həbs edilib

Hadisə Materials 21 İyul 2013 17:05 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhər polis şöbəsinin əməkdaşları növbəti uğurlu əməlyyat həyata keçirib. Əməliyyat zamanı narkotik maddə olan çətənə bitkisini əkib ona aqrotexniki qulluq edən Şəki sakinini saxlanılıb.
Çətənə becərən həbs edilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhər polis şöbəsinin əməkdaşları növbəti uğurlu əməlyyat həyata keçirib. Əməliyyat zamanı narkotik maddə olan çətənə bitkisini əkib ona aqrotexniki qulluq edən Şəki sakinini saxlanılıb.

Aparılan istintaq zamanı müəyyən edilib ki, Şəki şəhər sakini 1969-cu il təvəllüdlü Kərimov Səbuhi Süleyman oğlu qanunsuz olaraq öz həyatyanı sahəsində çətənə bitkisi əkib-becərməklə məşğul olur. O da məlum olub ki, saxlanılan şəxs 8 kök tərkibində narkotik maddə olan çətənə bitkisini daimi yaşadığı Şəki şəhəri Fərman Sadıqov küçəsi 18 nömrəli ünvanda yerləşən həyətyanı torpaq sahəsində 2013-cü ilin mart ayının əvvəllərindən əkib və ona aqrotexniki qulluq göstərməklə kultivasiya edib.

Saxlanılan şəxs isə öz növbəsində narkotik maddə olan çətənə bitkisini əkməyinə səbəb kimi böyrəyinin xəstə olmasını bildirib.

Şəki şəhər polis şöbəsinin əməkdaşlarının apardıqları uğurlu əməliyat nəticəsində narkotik maddə olan bitki aşkarlanaraq götürülüb. İş üzrə Kərimov Səbuhi Süleyman oğlu 19 iyul 2013-cü il tarixində şübhəli şəxs qismində saxlanılıb.

Kərimov Səbuhi Süleyman oğlu törətdiyi cinayət əməli istintaq zamanı tam sübuta yetirildiyindən 21 iyul 2013-cü il tarixində Azərbaycan respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və ona həmin maddə ilə ittiham elan olunub. Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti