Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İzzət/
Sabirabadda Kürdə boğulan şəxsin axtarışları davam edir.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin suda batıb. Hazırda onun axtarışları aparılır.
Axtarışlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilir.