...

Neftçala rayonu ərazisində avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hadisə Materials 21 Avqust 2013 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Neftçala rayonu ərazisində avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də saat 02.30 radələrində Neftçala rayonu Mirqurbanlı kəndinin ərazisində Həsənabad qəsəbə sakini Əzim Bağırov idarə etdiyi "VAZ-2109" markalı avtomaşını aşırıb.

Nəticədə Ə.Bağırovun sərnişinlərindən həmyerlisi Samir Bağırov hadısə yerində ölüb, xəsarət almış digər sərnişini, Neftçala rayon sakini Vaqif Qənbərov isə xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti