Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/
Şəxsi evdən külli məbləğdə pulu oğurlamış Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Qabil Ramazanovun mənzilindən 200.000 manat pulu oğurlamış Şərur rayon sakini Ümid Ramazanov tutulub.
Oğurlanan pulun 119.800 manatı Ümid Ramazanova məxsus "VAZ-21015" markalı avtomaşında aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.