...

Suriyada qarşıdurmalar nəticəsində Türkiyənin sərhədyanı ərazilərinin sakinləri yaralanıb

Hadisə Materials 22 Avqust 2013 13:50 (UTC +04:00)
Azad Suriya Ordusu və hökumət qüvvələri arasında silahlı qarşıdurmalar nəticəsində odlu silahdan atılan güllələr Türkiyə ərazisinə də çatıb.
Suriyada qarşıdurmalar nəticəsində Türkiyənin sərhədyanı ərazilərinin sakinləri yaralanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Tağıyeva/

Azad Suriya Ordusu və hökumət qüvvələri arasında silahlı qarşıdurmalar nəticəsində odlu silahdan atılan güllələr Türkiyə ərazisinə də çatıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən bildirir.

Qəzet xəbər verir ki, hadisə nəticəsində Türkiyənin Şanlıurfa əyalətinin Ceylanpınar rayonunda yaşayan üç Türkiyə vətəndaşı yaralanıb.

Atışma Türkiyə sərhədi yaxınlığında Azad Suriya Ordusu və ölkənin hökumət qüvvələri arasında baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti