...

Tbilisidə qanunsuz silah daşıyan Azərbaycan vətəndaşı saxlanılıb

Hadisə Materials 24 Avqust 2013 12:45 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisidə patrol polisi Azərbaycan vətəndaşını saxlayıb.
Tbilisidə qanunsuz silah daşıyan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan, Tbilisi, 24 avqust /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın paytaxtı Tbilisidə patrul polisi Azərbaycan vətəndaşını saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, patrul içərisində bir neçə şəxsin olduğu avtomobili Zemo Poniçala rayonunda saxlayıb.

Onlardan birinin, Azərbaycan vətəndaşı Süleyman A-nın davranışları polisə şübhəli gəlib və onlar şəxsdən "BMV" markalı avtomobildən aşağı düşməyi xahiş ediblər.

Şəxsi axtarış zamanı şəxsin üzərindən "Makarov" markalı tapança aşkarlanıb. Avtomaşından əlavə olaraq içərisində 8 patron olan daraq aşkarlanaraq götürülüb.

Hadisə ilə əlaqədar odlu silahın daşınması və saxlanılması faktı üzrə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti