...

Bakıda ikisi qadın olmaqla axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 27 Avqust 2013 11:59 (UTC +04:00)
Bakıda axtarışda olan üç nəfər tutulub. Onlardan iki nəfəri qadındır.
Bakıda ikisi qadın olmaqla axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda axtarışda olan üç nəfər tutulub. Onlardan iki nəfəri qadındır. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Roza Hüseynova tutulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Etibar Bayramov tutulub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnarə Mikayılova saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti