...

Türkiyədən Azərbaycana külli miqdarda zinət əşyaları gətirmək cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 6 Sentyabr 2013 12:15 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi və “Sınıq Körpü” gömrük postunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkiyədən ölkəmizə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Məmmədov Elçin Rasim oğlunun etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı 99 FH 952 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Türkiyədən Azərbaycana külli miqdarda zinət əşyaları gətirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Türkiyədən Azərbaycana külli miqdarda qızıl-zinət əşyaları gətirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkiyədən ölkəmizə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Məmmədov Elçin Rasim oğlunun etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı 99 FH 952 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, arxa sol qanadın örtüyünün arxasından ümumi çəkisi 5 kiloqram 553 qram olan qızıl-zinət əşyaları - 79 ədəd kulon, 226 ədəd üzük, 389 cüt tana, 272 ədəd bilərzik, 393 ədəd boyunbağı, 14 dəst tana-kulon-üzük, 6 dəst boyunbağı-bilərzik-üzük-tana, 24 dəst üzük-tana, 70 ədəd boyunbağı (kulonla birlikdə), 34 ədəd sancaq, 168 ədəd göz muncuğu gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti