...

Ucarda ağır yol qəzası: ailənin 1 üzvü ölüb, 2-si yaralanıb

Hadisə Materials 16 Sentyabr 2013 20:01 (UTC +04:00)
Trend EL TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 243-cü kilometrliyində, Ucar rayonu ərazisində bir ailənin bir üzvünün ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyat hadisəsi baş verib.
Ucarda ağır yol qəzası: ailənin 1 üzvü ölüb, 2-si yaralanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ucarda minik avtomobili ilə yük maşını toqquşub.

Trend EL TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 243-cü kilometrliyində, Ucar rayonu ərazisində bir ailənin bir üzvünün ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyat hadisəsi baş verib.

Ucar rayon, Bərgüşad kənd sakini 32 yaşlı Elnur Elxan oğlu Salmanov idarə etdiyi "VAZ 21099" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan "Shacman" markalı yük maşınına çırpılıb. Elnur Salmanovun anası 57 yaşlı Alma Alxan qızı Salmanova aldığı xəsarətlərdən yerindəcə keçinib. Sürücü xəsarət almasa da, onun həyat yoldaşı 33 yaşlı Fitat Mahmud qızı Salmanova və onların 2 yaşlı oğlu xəsarət alıb.

Ucar mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin normall olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti