...

Türkiyə-Suriya sərhədində partlayış: 12 ölü, 25 yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Sentyabr 2013 18:45 (UTC +04:00)
Türkiyə-Suriya sərhədindəki nəzarət-buraxılış məntəqələrinin birində güclü partlayış baş verib.
Türkiyə-Suriya sərhədində partlayış: 12 ölü, 25 yaralı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:00-da yayılıb)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə-Suriya sərhədində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, 25 nəfər isə yaralanıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Daha əvvəl verilən məlumata görə, Türkiyə-Suriya sərhədindəki nəzarət-buraxılış məntəqələrinin birində güclü partlayış olub. Partlayış Suriya tərəfdə yerləşən NBM-də qeydə alınıb.

Partlayış minalanmış avtomobildə baş verib.

Hadisə yerinə təcili yardım maşınları gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti