...

Şəmkirdə 20 yaşlı gənc özünü binanın 5-ci mərtəbəsindən atıb

Hadisə Materials 23 Sentyabr 2013 11:04 (UTC +04:00)
Şəmkir rayonunun Kür qəsəbəsində intihar hadisəsi baş verib.
Şəmkirdə 20 yaşlı gənc özünü binanın 5-ci mərtəbəsindən atıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonunun Kür qəsəbəsində intihar hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsi sakini 20 yaşlı Eşqin Ələkbərov yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti