...

Bakı-Quba yolunda qəza baş verib, 5 nəfər xəsarət alıb

Hadisə Materials 26 Sentyabr 2013 08:37 (UTC +04:00)
Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, sentyabrın 25-i, gecə saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun 71-ci km-də, magistralın Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı-Quba yolunda qəza baş verib, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, sentyabrın 25-i, gecə saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun 71-ci km-də, magistralın Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıdan Quba istiqamətində hərəkətdə olan 51 yaşlı Xızı rayon sakini Meybulla Bağırovun idarə etdiyi "Tavriya" markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Nəticədə sürücü və avtomobildə olan 2 sərnişin ağır xəsarətlər alıb. Qəza nəticəsində xəsarət alan şəxslər, sürücü Meybulla Bağırov, Xızı rayon sakinləri 30 yaşlı Müslüm Əhmədov və 32 yaşlı Seymur İmambaxşıyevdir.

Yaralılar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Onların vəziyyəti ağır olduğundan, ilkin tibbi yardımdan sonra Sumqayıt şəhərində yerləşən tibb müəssisələrindən birinə göndərilib.

İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib. "Tavriya"nın sürücüsü Meybulla Bağırov ll qrup Qarabağ əlilidir.

Hazırda fakt araşdırılır.

Xəbər lenti

Xəbər lenti