...

Yevlaxda qətl törədilib

Hadisə Materials 27 Sentyabr 2013 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Yevlaxda qətl hadisəsi baş verib.

Yevlax Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 27-də saat 00:40-da 1994-cü il təvəllüdlü Yevlax şəhər sakini Abdullayev Vasif İbrahim oğlu bir neçə kəsilmiş- deşilmiş xəsarətlərlə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, Vasif Abdullayevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Qətlin kim tərəfindən və hansı səbəblə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti