...

Bakıda baş verən avtomobil qəzası ölümlə nəticələnib

Hadisə Materials 28 Sentyabr 2013 13:18 (UTC +04:00)
Ötən gecə Bakıda baş verən avtomobil qəzası ölümlə nəticələnib.
Bakıda baş verən avtomobil qəzası ölümlə nəticələnib

Azərbaycan, Bakı, 23 sentyabr / Trend müxbir M.Əliyev/

Sentyabrın 28-nə keçən gecə Bakıda baş verən avtomobil qəzası ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 28-də saat 01.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Əfqan Axundov idarə etdiyi "Reno" markalı avtomaşını aşırıb. Qəza nəticəsində Ə.Axundov hadisə yerində ölüb, xəsarət almış sərnişini, oğlu Rasim isə xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti