Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Daxili İşlər Nazirliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində mülki şəxslərin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da saat 10.30 radələrində Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.
Baş vermiş partlayış nəticəsində Ə. Əliyev ölüb və meyiti həmin ərazidə qalıb, xəsarət alan X. Məhərrəmov və V. Əliyev isə xəstəxanaya yerləşdiriliblər.