...

Kapitanı azərbaycanlı olan Kamboca gəmisi saxlanılıb

Hadisə Materials 8 Oktyabr 2013 13:43 (UTC +04:00)
Gürcüstan sərhədçiləri kapitanı azərbaycanlı olan Kamboca bayrağı altında üzən gəmini saxlayıblar.
Kapitanı azərbaycanlı olan Kamboca gəmisi saxlanılıb

Gürcüstan, Tbilisi, 8 oktyabr /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan sərhədçiləri kapitanı azərbaycanlı olan Kamboca bayrağı altında üzən gəmini saxlayıblar. Gürcüstan Sərhəd Polisindən Trend-ə verilən məlumata görə, "VOLGOBALT- 227" gəmisi Poti limanı akvatoriyasında dənizi çirkləndirdiyinə görə saxlanılıb.

Azərbaycan vətəndaşı olan gəmi kapitanı (kapitanın adı bildirilmir) inzibatı məsuliyyətə cəlb edilib.

Poti məhkəməsi onun 922 min lari (1 dollar = 1,66 lari) cərimə və ekoloji mühitə vurduğu zərərə görə 922 lari ödəməsi haqqında qərar qəbul edilib. Cərimənin ödənilməsindən sonra gəmi həbsdən azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti