...

Malidə gəmi batıb: 20 ölü, 170 itkin

Hadisə Materials 13 Oktyabr 2013 00:51 (UTC +04:00)
Malidə xeyli sayda insanın olduğu gəmi Niger çayında batıb.
Malidə gəmi batıb: 20 ölü, 170 itkin

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Malidə xeyli sayda insanın olduğu gəmi Niger çayında batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 170 nəfər tikin düşüb.

Gəminin Mopti şəhərindən şimaldakı Timbiktuya gedərkən Konna qəsəbəsi yaxınlığında batdığı bildirilir. Gəmidəki 210 nəfər canını qurtara bilib.

Axtarış-xilasetmə işləri hələ də davam edir.

Qeyd edək ki, Malidə quru yolla nəqliyyat çətin və bahalı olduğundan insanlar gəmi ilə getməyə üstünlük verirlər.

Xəbər lenti

Xəbər lenti