...

Xaçmazda ev sahibi ilə birgə yanıb

Hadisə Materials 16 Oktyabr 2013 11:23 (UTC +04:00)
Xaçmazda vətəndaşa məxsus evdə baş vermiş yanğın hadisəsi zamanı ev sahibi ölüb.
Xaçmazda ev sahibi ilə birgə yanıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İzzət/

Xaçmazda vətəndaşa məxsus evdə baş vermiş yanğın hadisəsi zamanı ev sahibi ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m. olan ikimərtəbəli, 8 otaqlı evin 7 otağının arakəsmə divarları taxtadan olan yanar konsruksiyaları və evə bitişik tikilmiş ümumi sahəsi 100 kv. m. olan köməkçi tikilinin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Yanğının kəşfiyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi A.İ.Romanenkonun yanmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi və "VAZ-2106" markalı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti