...

Naxçıvanda Türkiyə vətəndaşı iki azyaşlı uşağı avtomobillə vuraraq öldürüb

Hadisə Materials 25 Oktyabr 2013 13:54 (UTC +04:00)
Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.
Naxçıvanda Türkiyə vətəndaşı iki azyaşlı uşağı avtomobillə vuraraq öldürüb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaqların hər ikisi orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti