...

Azərbaycanda bu il 18 partlayış hadisəsi baş verib: 4 ölü, 17 yaralı

Hadisə Materials 26 Oktyabr 2013 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda cari ilin 9 ayında baş vermiş fövqəladə hadisələrin statistikası açıqlanıb.

2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 18 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 29% çoxdur. Partlayışlar zamanı 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadın verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində respublikada baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 7208 çıxış olub. Yanğın hadisələri zamanı 45 nəfər dünyasını dəyişib, 57 nəfər xəsarət alıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 8% azdır.

2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 7333 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-cü ilin müvafiq dövrü ilə müqayisədə 683 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 81 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 63 nəfər təxliyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti