...

Yerevan işıqsız qalıb

Hadisə Materials 2 Noyabr 2013 13:05 (UTC +04:00)
Ermənistan paytaxtının Yerevana noyabrın 2-də elektrik enerjisinin verilişi kəsilib.
Yerevan işıqsız qalıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Ermənistan paytaxtının Yerevana noyabrın 2-də elektrik enerjisinin verilişi kəsilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, müxtəlif rayonların sahə elektrikləri elektrik enerjisinin verilişinin dayandırılmasının səbəblərini və onun nə vaxt bərpa ediləcəyini bilmirlər.

Məlumata görə, paytaxt demək olar ki, elektrik enerjisiz qalıb. "Ermənistan elektrik şəbəkələri" QSC-nin mətbuat katibi Natalya Sarcanyan deyib ki, baş verənlər QSC-nin texniki işinin nəticəsi deyil: "Sistemin işi Energetika Nazirliyinin "Elektrik Enerjisi Sistemi Operatoru" ASC tərəfindən bağlanıb".

Bəzi mənzillərə artıq elektrik enerjisinin verilişi bərpa edilib, işlər davam etdirilir.

Şəhər metropoliteni işləməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti