...

İranda atışma zamanı bir polis öldürülüb, 3-ü isə yaralanıb

Hadisə Materials 18 Noyabr 2013 10:45 (UTC +04:00)
İranın Kirman əyalətinin Cənubi Rudbar şəhərində bu gün səhər naməlum şəxslər və polis arasında atışma baş verib.
İranda atışma zamanı bir polis öldürülüb, 3-ü isə yaralanıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Kirman əyalətinin Cənubi Rudbar şəhərində bu gün səhər naməlum şəxslər və polis arasında atışma baş verib.

Hadisə nəticəsində bir polis zabiti öldürülüb, 3 polis əməkdaşı isə yaralanıb. Bunu İranın Kirman əyaləti üzrə polis komandirinin müavini Əlirza Parivar deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Ə.Parivar bildirib ki, polis avtomobilə dayanmaq əmri verdiyi zaman onlar avtomobili saxlamayıb və polislərə atəş açıblar.

Hazırda hadisəni törədən şəxslərin axtarışı istiqamətində əməliyyat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti