...

Dövlət Sərhəd Xidməti rəisinin müavini iş başında vəfat edib

Hadisə Materials 22 Noyabr 2013 12:54 (UTC +04:00)
Bu gün səhər Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev iş yerindəcə ölüb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini iş başında vəfat edib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İzzət/

Bu gün səhər Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev iş yerindəcə ölüb.

Trend xəbər verir ki, DSX-nin rəis müavini bu gün iş yerində qəfildən ürəktutması keçirib və infarkt nəticəsində dünyasını dəyişib.

Onun bundan bir müddət əvvəl ürəyindən əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, Məhəmməd Abbasquliyev DSX-nin rəis müavini vəzifəsində təyin edilməmişdən əvvəl Naxçıvan Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət edib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti