Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/
Göyçay rayonu ərazisində tullantılar yandırılarkən şüşənin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 24-də saat 14.00 radələrində Göyçay rayonu Heydər Əliyev prospektində yaşayan Qeys Gözəlovun həyətində təmizlik işləri aparan Şəkər kənd sakinləri Ağaəli Abdullayev və onun qardaşı Yasər tullantıları yandırarkən şüşə partlayıb və A.Abdullayev hadisə yerində ölüb. Yasərə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar araşdırma aparılır.