...

Türkiyə polisi bomba yüklənmiş 7 avtomobili axtarır

Hadisə Materials 27 Noyabr 2013 16:12 (UTC +04:00)
Türkiyə polisi ölkə ərazisində bomba yüklənmiş 7 avtomobili axtarır.
Türkiyə polisi bomba yüklənmiş 7 avtomobili axtarır

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə polisi ölkə ərazisində bomba yüklənmiş 7 avtomobili axtarır.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bu gün polis orqanlarına ölkənin müxtəlif şəhərlərində terror aktlarının həyata keçiriləcəyi barədə məlumat daxil olub. Daxil olan məlumata əsasən, bomba yüklənmiş 7 avtomobil müxtəlif şəhərlərdəki strateji obyektlərin qarşısında partladılacaq.

Məlumatda o da qeyd olunur ki, terror aktlarını planlaşdıran dəstə Yunanıstan və Suriyada xüsusi təlimlər keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti