...

Azərbaycan sahillərində xarab olmuş Rusiya gəmisinə yardım üçün əlavə qüvvələr cəlb edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Noyabr 2013 11:09 (UTC +04:00)
Rusiya gəmisi Xəzər dənizinin Azərbaycan sahillərində xarab olub.
Azərbaycan sahillərində xarab olmuş Rusiya gəmisinə yardım üçün əlavə qüvvələr cəlb edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 10:24-də yayılıb)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Rusiya gəmisi Xəzər dənizinin Azərbaycan sahillərində xarab olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib.

Hadisə ilə bağlı FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından isə Trend-ə verilən məlumata görə, Xəzərin Azərbaycan sahillərində xarab olmuş Rusiya Federasiyasına məxsus quru yük gəmisinə yardım üçün əlavə qüvvələr göndərilib: "Ruslara təmir işlərinin aparılması üçün administrasiyanın ağırtonnajlı gəmisi cəlb olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti