...

Ələt-Astara yolunda avtomobil aşıb, xəsarət alanlar var

Hadisə Materials 19 Dekabr 2013 16:48 (UTC +04:00)
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Ələt-Astara yolunda avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu, Ələt-Astara yolunun 35-ci kilometrliyində vətəndaşa məxsus "Cherry" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalan sürücü və 1 nəfər sərnişini çıxararaq Təcili Tibbi Yardım həkimlərinə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti