...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 26 Dekabr 2013 08:31 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkan qəfəsində 15 ədəd elektrik sayğacı yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.
Bakıda yaşayış binasında yanğın olub

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bakıda yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkan qəfəsində 15 ədəd elektrik sayğacı yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda inzibati binanın həyətində yerləşən ümumi sahəsi 4 kv.m olan yardımçı otağın yanar konstruksiyaları yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti