...

Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb

Hadisə Materials 1 Yanvar 2014 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Çexiyanın ÇTK agentliyi məlumat verir.

"Səfir və onun ailəsi partlayış zamanı evdə olub", - səfirliyin nümayəndəsi Nabil əl-Fahel bildirib.

"Səfirliyin məlumatına görə, səfir yaralanıb. Dəqiq bilmirik, nə baş verib", - əl-Fahel bildirib.

Xilasetmə xidmətinin mətbuat katibi İrjina Ernestova ÇTK agentliyinə təsdiqləyib ki, "yaralını hospitala gətirirlər", lakin onun şəxsiyyətini dəqiqləşdirməyib.

Assoşieyted Press agentliyinin məlumatına görə, partlayış Praqanın altıncı dairəsindəki Suxodol rayonunda yerləşən diplomatın evində baş verib.

Xəbər lenti

Xəbər lenti