...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 10 Yanvar 2014 22:58 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.
Bakıda intihara cəhdin qarşısı alınıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti