...

Bakıda ikimərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 12 Yanvar 2014 13:11 (UTC +04:00)
Bakıda ikimərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
Bakıda ikimərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Bakıda ikimərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi tüstüdən zəhərlənən 3 nəfər bina sakini Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb və ilkin tibbi yardım gösdərildikdən sonra evə buraxılıb.

Bitişik bank və 2-ci mərtəbədə olan mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti