Azərbaycan, Bakı, 15 yanvar /Trend/
İstanbulun Fateh rayonunda 3 mərtəbəli köhnə binanın bir hissəsi dağılıb.
Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə yerinə xilasedicilər, tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, binanın çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Dağıntılar altında qalanların olduğu iddia edilir.
Köhnə binada suriyalı qaçqınların məskunlaşdığı bildirilir.