Azərbaycan, Bakı, 18 yanvar /Trend/
İndoneziyanın paytaxtında güclü daşqınlar nəticəsində 7 nəfər həyatını itirib, 11 mindən çox sakin öz evini tərk etmək məcburiyyətində qalıb.
Trend-in Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin Fövqəladə halların aradan qaldırılması üzrə Milli Agentliyinin nümayəndəsi Sinxua agentliyinə bildirib ki, yaxın iki gündə Cakartada daha güclü daşqınlar gözlənilir.