...

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan azyaşlını xilas ediblər

Hadisə Materials 18 Yanvar 2014 16:20 (UTC +04:00)
Trend nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
FHN əməkdaşları köməksiz vəziyyətdə qalan azyaşlını xilas ediblər

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan azyaşlını xilas ediblər.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti