...

Bağdadda hökumət binasına hücum zamanı 18 nəfər həlak olub

Hadisə Materials 30 Yanvar 2014 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Bu gün yaraqlıların Bağdadda İnsan Haqları Nazirliyinə məxsus binaya hücumu zamanı ən azı 18 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ölkənin güc strukturlarına istinadən xəbər verir.

Bir müddət əvvəl məlumat verilmişdi ki, naməlum şəxslər paytaxtdakı dövlət idarəsinə hücum edərək adamları girov götürüblər. Polisin məlumatına görə, xüsusi təyinatlıların binaya hücumu zamanı binanın mühafizə xidmətinin 3 əməkdaşı həlak olub, 4 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, bu, terrorçuların hökumət qüvvələrinin ölkənin qərbindəki əl-Ənbar vilayətində apardığı uğurlu antiterror əməliyyatlarına görə intiqamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti