...

Bakıda istintaq təcridxanasında məhkumdan mobil telefon götürülüb

Hadisə Materials 31 Yanvar 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

3 saylı istintaq təcridxanasında mobil telefon aparatı aşkar edilərək götürülüb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 177.3.1; 177.3.2; 221.2.1; 228.4; 304.1; 66.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Seyfulla Rəşid oğlu Qafarovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əynində olan gödəkçənin cibindən 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti