...

FHN Şirvanda 87 yaşlı qadının ölümü ilə nəticələnən yanğın barədə məlumat yayıb

Hadisə Materials 5 Fevral 2014 23:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda 87 yaşlı qadının ölümü ilə nəticələnən yanğın barədə məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan şəhərində vətəndaşa məxsus 5 mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 3 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı mənzildən 1927-ci il təvəllüdlü Həsənova Ruqiyyə Əvəz qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti