...

Bosniya və Herseqovina şəhərlərini iğtişaşlar bürüyüb, xeyli sayda xəsarət alan var

Hadisə Materials 7 Fevral 2014 20:29 (UTC +04:00)
Bosniya və Herseqovinada sosial-iqtisadi vəziyyətdən narazı olan vətəndaşlar ölkənin onlarla şəhərində irimiqyaslı etiraz aksiyaları keçirirlər.
Bosniya və Herseqovina şəhərlərini iğtişaşlar bürüyüb, xeyli sayda xəsarət alan var

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bosniya və Herseqovinada sosial-iqtisadi vəziyyətdən narazı olan vətəndaşlar ölkənin onlarla şəhərində irimiqyaslı etiraz aksiyaları keçirirlər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bəzi şəhərlərdə iri iğtişaşlar başlayıb.

Paytaxt Sarayevoya toplaşan minlərlə insan dövlət qurumlarına hücum edir. Polislə etirazçılar arasında toqquşma hər iki tərəfdən ən azı 50 nəfərin xəsarət alması ilə nəticələnib. Üç polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Tuzla şəhərində etirazçıların sayı 13 min nəfərə çatıb. Burada yerli hökumət binası yandırılıb. Zenitse şəhərində isə qarşıdurmalar 20 nəfərin yaralanmasına səbəb olub. Yerli administrasiyanın binası yandırılıb, bir neçə avtomobil yararsız hala salınıb.

Qeyd edək ki, Bosniya və Herseqovina Avropanın ən kasıb ölkələrindən hesab edilir, burada işsizlik səviyyəsi 44 faizə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti