...

Bakı polisi vətəndaşlardan ümumilikdə 13 kiloqramdan çox narkotik maddə götürüb

Hadisə Materials 10 Fevral 2014 12:11 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Şamaxı rayon sakini Asif Qarayevdən 405 qram qurudulmuş marixuana götürülüb.
Bakı polisi vətəndaşlardan ümumilikdə 13 kiloqramdan çox narkotik maddə götürüb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bakı polisi vətəndaşlardan ümumilikdə 13 kiloqramdan çox narkotik maddə götürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Şamaxı rayon sakini Asif Qarayevdən 405 qram qurudulmuş marixuana götürülüb.

Nəsimi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Əmircanovdan 8 kiloqram yarım qurudulmuş marixuana götürülüb.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Ağstafa rayon sakini Novruz Ayralovdan 753 qram, Bakı şəhər sakininləri Namiq Cəfərovdan 585 qram, əvvəllər məhkum olunmuşlar Samir İsgəndərovdan 530 qram, İsgəndər İsgəndərovdan 615 qram, Elşən Kazımovdan 581 qram heroin və İsmayıl Kazımovdan 450 qram marixiana götürülüb.

Xətai RPİ-35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Lənkəran şəhər sakini Etibar Quliyevdən 100 qramdan artıq heroin götürülüb.

Xəzər RPİ NMB və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Telman Babayevdən 30 qramdan artıq həşiş qətranı götürülüb.

Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Telman Babayevdən 1 kiloqram 445 qram tiryək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti