...

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Hadisə Materials 23 Fevral 2014 17:24 (UTC +04:00)
Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər.
Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 3 nəfər zərərçəkmiş mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbədəki mənzilin eyvanından enərək, içəri daxil olublar.

Zərərçəkmişlər aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti