...

Masallı sakini evi ilə birgə yanaraq ölüb

Hadisə Materials 1 Mart 2014 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Masallı rayon sakininə məxsus evdə yanğına keçən partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 28-də saat 21 radələrində Masallı rayonu Şərəfə kənd sakini Nail Hümbətova məxsus 2 mərtəbəli evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə 75 kvm. sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra N.Hümbətovun yanmış meyiti tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti