...

Paytaxtda qaçırılmış avtobus Bakı sakini tərəfindən idarə edilərkən saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Mart 2014 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

"Qafqaz" sərnişin daşıma şirkətinə məxsus qaçırılmış "Daewoo" markalı avtobus Bakı şəhər sakini tərəfindən idarə edilərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də qaçırılmış "Qafqaz" sərnişin daşıma şirkətinə məxsus "Daewoo" markalı avtobus tapılıb. Avtobus paytaxtın Atatürk prospektində Bakı şəhər sakini Vüsal Bədirzadə tərəfindən idarə edilərkən saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda isə deyilir ki, fevralın 24-də "Qafqaz" sərnişindaşınma şirkətinin müdiri Bakı şəhər sakini Elnur Xəlilov Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 23-də əvvəllər şirkətdə sürücü işləmiş Vüsal adlı şəxs şirkətə məxsus Lökbatan qəsəbəsində yerləşən avtoparkdan "Daewoo" markalı avtobusu qaçırıb.

Bakı Şəhər BPİ DYPİ, Nərimanov RPİ PPXB və 16-cı PB əməkdaşlarının birgə keçidiyi əməliyyat tədbirləri nəticəsində, avtobusu qaçıran Bakı şəhər sakini Vüsal Bədirzadə avtobusla birlikdə Atatürk prospektində tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti