Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycanın tanınmış reperi Hüseyn Dərya dünyasını dəyişib. Bu barədə Trend-ə 3 saylı şəhər Kliniki Xəstəxanadan məlumat verilib.
Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl aldığı qapalı kəllə-beyin travmasından dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Trend-ə bildiriblər ki, H.Dərya dünən 23:30-da xəstəxanaya qəbul edilib. Həkimlərin cəhdinə baxmayaraq bu gün səhər 9:20-də vəfat edib. Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq.
Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KaMAZ" markalı maşına çırpılıb.