Azərbaycan, Bakı, 18 mart /Trend/
Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 87-ci kilometrliyində, Qobustan rayonu ərazisində "VAZ" və "Ford" markalı iki minik avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ" markalı avtomobildə olan 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobilin sürücüsünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.