...

Abşeronda mağazalardan oğurluq edən qadınlar tutulub

Hadisə Materials 1 Aprel 2014 12:43 (UTC +04:00)
Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində mağzalardan oğurluq edən iki qadın tutulub.
Abşeronda mağazalardan oğurluq edən qadınlar tutulub

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində mağzalardan oğurluq edən iki qadın tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhər sakini Kifayət Həsənliyə məxsus mağazadan oğurluğa cəhd göstərən Ağcabədi rayon sakini Solmaz Məmmədova tutulub.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə onun Ağcabədi rayon sakini Tamella Məmmədova ilə birgə martın 30-u və 31-də Xırdalan şəhər sakini Validə Meyrullayeva və Tural Cəfərliyə məxsus mağazalardan da oğurluq etmələri müəyyən edilib.

Hər iki şəxs barəsində cinayət işi açılıb. İstintaq tədbirləri ilə qadınların digər cinayət əməllərində iştirak edib-etməmələri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti