Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycandan Rusiyaya gedən avtobusda narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postundan keçməklə Rusiya Federasiyası istiqamətinə - "Qazax-Moskva" reysi ilə hərəkət edən Azərbaycan vətəndaşı Rüstəm Məhərrəmovun idarə etdiyi "VANHOOL" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
Bu zaman, xidməti itin reaksiyasına əsasən, avtobus salonundakı oturacağın arxa hissəsindəki çexolun altında qalan külqabıdan 1 ədəd bağlamada xalis çəkisi 49,805 qram olan və kustar üsulla hazırlanan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.