...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 9 Aprel 2014 01:49 (UTC +04:00)
Bakıda intihara cəhdin qarşısı alınıb.
Bakıda intihara cəhdin qarşısı alınıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər.

Zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti