...

Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər

Hadisə Materials 9 Aprel 2014 04:22 (UTC +04:00)
Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər.
Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti