...

Bakıda oteldə əxlaqsızlıq yuvası aşkarlandı

Hadisə Materials 15 Aprel 2014 13:21 (UTC +04:00)
Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən olunub.
Bakıda oteldə əxlaqsızlıq yuvası aşkarlandı

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Timur Qurbanov saxlanılıb.

Nəsimi rayonu ərazisindəki "Fawity Towers" otelində qeydiyyatçı işləyən Timur Qurbanovun orada gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti